Nəsimidə qanunsuz obyekt: İH-dən maraqlı açıqlama – Video

Nəsimidə qanunsuz obyekt: İH-dən maraqlı açıqlama – Video

Bakı şəhəri Nəsimi rayonu ərazisində qanunsuz obyekt quraşdırılıb.

AzerTimes xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Sakinlərin iddiasına görə, ərazidə ağaclar kəsilərək, yerinə qanunsuz obyekt yerləşdirilib.

Məsələ ilə bağlı sorğumuza cavab olaraq Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin rəisi Nizami Mayılov bildirib ki, hazırda həmin ünvanda obyekt yoxdur:

“Qeyri-qanuni nələrsə etmək mümkün deyil. Əgər mikrorayon tərəfdə olanı deyirsinizsə, ora müvəqqəti butka qoymuşdular. Amma hazırda orada heç nə yoxdur və bir ağac da kəsilməyib”.

Lakin Nizami Mayılov növbəti açıqlamasında orada obyektin olub-olmamasından dəqiq məlumatı olmadığını bildirib:

“Biz gedib araşdırma aparan zaman bildirdilər ki, orada butka olub, lakin evakuatorla gəlib aparıblar. Mən orada heç nə görməmişəm”.

Teqlər: