Nərmin Quliyevanın yanan cəsədinin söndürülməsində iştirak etmişəm – Şahid danışır

Gəncə şəhər Nizami rayon Məhkəməsində Tovuz rayonunun Dondar
Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham
olunan İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası
keçirilib.

AzerTimes-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə
keçirilən prosesdə ifadə verən İlkin Süleymanovun əmisi oğlu Murad
Süleymanov bildirib ki, hadisə baş verən gün Tovuz Rayon Polis
Şöbəsinin Post-patrul xidmətinin əməkdaşı kimi xidmətdə olub.
“Həmin vaxt Nərmin Quliyevanın yanan cəsədinin söndürülməsində
iştirak etmişəm. Meyitin yanması ilə bağlı məlumat daxil olan kimi
rayonun polis rəisinə zəng etdim.
Yanan meyiti İlkin, onun qonşusu Nazim Vəliyev və mən su və
torpaqla söndürdük. Nazim də hadisənin görüntülərini lentə aldı.
Onu da deyim ki, yanğın baş verən vaxt rayon polis şöbəsinin rəisi
Şirzad Əsgərova zəng etdim. Rəis isə məndən hadisə yerində qırmızı
rəngli uşaq kurtkasının olub-olmadığını soruşdu. Ətrafa baxış
keçirən zaman həmin kurtkanı yanmış cəsədin yanında gördüm”, –
şahid bildirib.

Prokurorun “Hadisəni videolentə almaqda məqsədiniz nə idi”
sualına isə şahid “Gələcəkdə istintaqa lazım ola bilərdi”, – deyə
cavab verib.

Şahid, həmçinin Nərmin itkin olduğu müddətdə axtarış işlərinin
yalnız onun nənəsi ilə əmisinin evlərində və əkin sahələrində
aparıldığını qeyd edib. Sabiq polisin sözlərinə görə, polis
tərəfindən heç bir kənd sakininin evinə baxış keçirilməyib

Teqlər: