Nərmin Əkbərlinin anası vəfat etdi

Nərmin Əkbərlinin anası vəfat etdi

Jurnalist Nərmin Əkbərliyə ağır itki üz verib.

AzerTimes xəbər verir ki, uzun müddət ağır xəstəlikdən əziyyət çəkən Fərqanə Əkbərova bu gün vəfat edib.

Qeyd edək ki, pnevmaniyadan əziyyət çəkən 61 yaşlı F.Əkbərova 67 gün Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində müalicə alımışdı. Palataya çıxandan az sonra isə evə buraxılmışdı. Onun müalicəsinin uğurlu keçdiyi, kritik vəziyyətdən çıxdığı bildirilirdi.

Nərmin Əkbərlinin anasının müalicəsi sosial şəbəkələrdə həmkarları tərəfindən gündəmdə saxlanılırdı. Onun müalicəsi külli miqdarda vəsaitə başa gəlmişdi və hələ də xəstəxanaya 23 min borc qalıb.

Teqlər: