Nərgiz Məhəmmədini dərhal azad edin! – BMT

Nərgiz Məhəmmədini dərhal azad edin! – BMT

Birləşmiş Millətlər Təşkilatının İşçi Qrupu tanınmış hüquq müdafiəçisi, Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədinin dərhal azad edilməsini tələb edib.

AzerTimes xəbər verir ki, bu barədə İşçi Qrupunun yaydığı bəyanatda bildirilib.

“Məhəmmədinin səhhətinin pisləşməsinə və tibbi ekspertlərin tövsiyələrinə baxmayaraq, İran hakimiyyətinin onu həbsdə saxlamasından narahatıq. Bu, beynəlxalq insan haqları qanunlarından irəli gələn öhdəliklərə ziddir”, – bəyanatda bildirilib.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Teqlər: