1500 reyslə silah gətirdik, Bakı hamısını aldı – Ohanyan

1500 reyslə silah gətirdik, Bakı hamısını aldı – Ohanyan

Nazir olduğum müddətdə əsasən Rusiyadan, həm də digər ölkələrdən silah almaq üçün ən azı 1500 uçuş həyata keçirdik.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri, parlamentdəki “Ermənistan” blokunun rəhbəri Seyran Ohanyan deyib.

“Onların arasında, məsələn, 3 ədəd S-300 sistemi var idi, sonra onların say 6 oldu. Biz “İsgəndər”, “Toçka U”, “Smerç” sistemləri, təxminən 160 ədəd tank aldıq. Silahlarımızın böyük bir hissəsini qənimət olaraq düşmənə verdilər”, – o bildirib.

Ohanyan “düşmənə verildi” deyərkən, 20 sentyabr 2023-cü ildən sonra təhvil verilən silahları nəzərdə tutub-tutmadığını isə bu cür cavablandırıb:

“Xeyr, bütün müharibə boyu”.

Teqlər: