Nepal zəlzələsi: ölənlərin sayı 140-ı keçdi

Nepal zəlzələsi: ölənlərin sayı 140-ı keçdi

Nepalda baş verən zəlzələ nəticəsində azı 143 nəfər ölüb.

AzerTimes xəbər verir ki, bu barədə Nepal polisinin X sosial şəbəkəsində məlumat verib.

Bildirilib ki, 160 nəfər də yaralanıb. Yerli media qeyd edir ki, dağıntıların böyük hissəsi zəlzələ nəticəsində əlaqə kəsilən ucqar dağ yaşayış məntəqələrində baş verib, ona görə də qurbanların sayı arta bilər.

Qeyd edək ki, ötən gün Hindistan-Nepal sərhədində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

Teqlər: