Bakıda nənəsini qətlə yetirməkdə təqsirləndirilən Murad İmanova hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.
AzerTimes xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Xatırladaq ki, hadisə bu ilin aprelində paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü M.İmanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı nənəsi Natalya Popovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Daha sonra M.İmanov saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.