“Nemezis”ə abidə qoyulmamalı idi – Simonyan

“Nemezis”ə abidə qoyulmamalı idi – Simonyan

İrəvanda “Nemezis” abidəsinin qoyulması səhv addımdır.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Mən özüm “Nemezis” abidəsinin ucaldılmasını səhv hesab edirəm, çünki bu, dövlət siyasəti deyil və ola da bilməz.

Ankaraya səfərdən sonra Türkiyənin münasibətləri normallaşdırmaq iradəsinin olduğunu gördüm. Ermənistanın indiki mərhələdə münasibətləri normallaşdırmaq üçün unikal tarixi imkanı var. Biz də Ermənistan tərəfi olaraq buna hazırıq. İrəvan və erməni xalqı üçün uzunmüddətli sülhü təmin etmək üçün hətta böyük tənqidlərə də keçməyə hazırıq”, – Simonyan bildirib.

Teqlər: