Nəhayət, ABŞ onu da sanksiya siyahısına salır

Nəhayət, ABŞ onu da sanksiya siyahısına salır

“Norilsk Nikel”in əsas səhmdarı və rusiyalı oliqarx Vladimir Potanin tezliklə ABŞ-ın sanksiyaları altına düşəcək. Sanksiya siyahısında milyarderi Rusiya hökumətinin bir neçə üzvü “müşayiət” edəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal”ı məlumat dərc edib.

“Ukraynanın müttəfiqləri arzuolunmaz iqtisadi təsirlərdən qorxduqları üçün bəzi rus oliqarxlara və onların şirkətlərinə qarşı sanksiyaları çoxdan təxirə salıblar.

Bu ilin əvvəlinə şirkət dünya üzrə illik nikel istehsalının təxminən 5%-nə nəzarət edirdi. Bundan əlavə, Rusiya şirkəti dünya palladiumunun təxminən 40%-ni istehsal edir. Şirkət həmçinin bazara kobalt və mis verir”, – jurnalın məlumatında vurğulanıb.

Qeyd edək ki, “Norilsk Nikel” dünyanın ən böyük palladium və təmizlənmiş nikel istehsalçılarından biridir. Müəssisə Potanini zənginləşdirib və onu Rusiyanın ikinci oliqarxı edib. Eyni zamanda, “Norilsk Nikel” hələ də sanksiyalara məruz qalmayıb.

Teqlər: