Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu
ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı
xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil
olmuşdur.
Nizami Rayon Prokurorluğundan AzerTimes-a bildirilib ki, aparılmış
ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü
A.C-nın qısqanclıq zəminində anası Ülviyyə İsmayılovaya bıçaq
xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilmişdir.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanmışdır.
A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.