“Neftçi” yarımfinalda “Qarabağ”a rəqib oldu

“Neftçi” yarımfinalda “Qarabağ”a rəqib oldu

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

AzerTimes xəbər verir ki, sonuncu cavab matçında “Neftçi” “Sumqayıt”ı qəbul edib.

“Neftçi Arena”dakı qarşılaşma heç-heçə başa çatıb – 1:1.

Meydan sahiblərində 26-cı dəqiqədə Filip Ozobiç fərqlənib. “Gənclik şəhəri” təmsilçisində Roi Kehat 40-cı dəqiqədə tarazlığı bərpa edib.

Sumqayıtdakı ilk matçda rəqibini 3:2 hesabı ilə üstələyən “Neftçi” yarımfinala yüksəlib. Komanda bu raundda “Qarabağ”la üz-üzə gələcək.

Teqlər: