Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
AzerTimes xəbər verir ki, günün yeganə matçında “Neftçi” “Sabah”ın qonağı olub. “Bank Respublika Arena”dakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın 37-ci dəqiqəsində “Sabah”ın futbolçusu Kristian Sebalyos penaltini dəqiq yerinə yetirə bilməyib. Hesabı ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Yusuf Laval açıb. 78-ci dəqiqədə “Sabah”dan Aleksey İsayev penaltidən tarazlığı bərpa edib. Əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə isə Emanuel Apeh penaltini dəqiq yerinə yetirməklə, komandasına qələbə qazandırıb.
Bununla xallarını 9-a çatdıran “Sabah” liderliyini möhkəmlədib. “Neftçi” isə 6 xalla 2-ci pillədə qərarlaşıb.