ABŞ Ukraynaya elə bir texnikalar göndərir ki… – “Politiko”

ABŞ Ukraynaya elə bir texnikalar göndərir ki… – “Politiko”

ABŞ yeni PUA-lar, zirehli texnika və artilleriya da daxil olmaqla, 775 milyon dollarlıq paketin bir hissəsi olaraq Ukraynaya bir sıra yeni silahlar göndərəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

Qeyd olunub ki, ABŞ ilk dəfə olaraq ukraynalılara dəqiq artilleriya və raket zərbələrini aşkar etmək üçün 15 “ScanEagle” PUA-sı göndərir:

“Bu kiçik pilotsuz təyyarələr döyüş meydanında nisbətən rahat şəkildə hərəkət edə bilər və ölkənin cənubundakı Xerson şəhərinin geri alınması üçün gözlənilən cəhddə əvəzsiz kömək olacaq”.

Eyni zamanda, ilk dəfə göndərilən hərbi texnikalara 40 ədəd “MaxxPro” ağır zirehli mina partlayıcı avtomobil daxildir. Belə ki, sözügedən texnika İraqda döyüşlərin qızğın vaxtında, yol kənarında yerləşdirilmiş bombaların amerikalı hərbçilərə böyük ziyan vurduğu zaman ABŞ qüvvələri üçün hazırlanıb.

ABŞ həmçinin Rusiyanın radar sistemlərini hədəf alan daha yüksək sürətli qırıcılardan buraxılan radiasiya əleyhinə raketlər göndərir.

Teqlər: