Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha iki matçı keçirilib.
AzerTimes xəbər verir ki, “Neftçi” “Asco Arena”da “Səbail”in qonağı olub. Görüş “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hər iki qol ikinci hissədə vurulub. 53-cü dəqiqədə Emin Mahmudov, 83-cü dəqiqədə isə Gilyerme Pato fərqləniblər.
Bu nəticədən sonra xallarını 18-ə çatdıran “Neftçi” ilk pilləyə yüksəlib. 5 xalı olan “dənizçilər” isə 7-ci sırada qalıb.
Günün digər oyununda “Sabah” “Turan Tovuz”a 3:1 hesabı ilə qalib gəlib.