Ukrayna ordusu geri aldı, BMT missiya göndərir

Ukrayna ordusu geri aldı, BMT missiya göndərir

BMT qurumun insan hüquqlarının monitorinqi agentliyinin missiyasını Ukraynanın işğaldan azad edilmiş İzyum şəhərinə göndərəcək.

AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, daha sonra müharibə cinayətləri üzrə istintaq qrupu da gələ bilər.

Qeyd edək ki, bir neçə gün öncə Ukrayna ordusu işğal altında olan İzyuma nəzarəti ələ keçirə bilib.

Teqlər: