“Neftçi” – “Şalke” matçı canlı yayımlanacaq

“Neftçi” – “Şalke” matçı canlı yayımlanacaq

Təlim-məşq toplanışının Avstriya mərhələsinə start verən “Neftçi” ilk yoxlama görüşünü “Şalke”yə qarşı keçirəcək.    

Bakılılar Bundesliqa təmsilçisi ilə sabah üz-üzə gələcək.

Gelzenkirhenlilərlə yoxlama görüşünü azarkeşlər canlı izləmək imkanına malik olacaqlar. Belə ki, 26 iyul, Bakı vaxtı ilə saat 20:00-da başlanacaq matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Oyun Almaniyanın Noykirxen şəhərindəki “Sportzentrum” stadionunda keçiriləcək.