“Neftçi” qələbəni qoruya bilmədi

“Neftçi” qələbəni qoruya bilmədi

Azərbaycan Premyer Liqasında VII tura start verilib.

AzerTimes xəbər verir ki, turun açılış günündə iki matç baş tutub.

“Sumqayıt” öz meydanında “Turan Tovuz”la qarşılaşıb, qarşılaşmada hesab açılmayıb. Günün digər matçında isə “Zirə” doğma arenasında “Neftçi”ni qəbul edib. Qarşılaşmada hesabı qonaqlar açıblar. 22-ci dəqiqədə Yuri Matias başla fərqlənib. Ancaq “qartallar” fasilə ərəfəsində “status-kvo”nu bərpa ediblər. 44-cü dəqiqədə Qismət Alıyev penaltini dəqiq yerinə yetirib. Matç bu hesabla da başa çatıb.

Qeyd edək ki, sentyabrın 24-də “Sabah” – “Kəpəz”, “Səbail” – “Araz-Naxçıvan”, 25-də isə “Qəbələ” – “Qarabağ” oyunları keçiriləcək.

Teqlər: