“Neftçi” – “Qaziantep”lə heç-heçə etdi

“Neftçi” – “Qaziantep”lə heç-heçə etdi

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi” sonuncu yoxlama oyununu keçirib.

AzerTimes-ın məlumatına görə, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən “Qaziantep”lə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, Boludakı ilk yoxlama matçında “Sakaryaspor”la 1:1 hesablı heç-heçə edən “ağ-qaralar” növbəti görüşündə “Sivasspor”a uduzub – 0:1.

Teqlər: