“Neftçi” məğlubedilməz statusu ilə yarımfinalda

“Neftçi” məğlubedilməz statusu ilə yarımfinalda

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının İsraildə təşkil olunan Netanya mərhələsində, B qrupunda qərarlaşmış “Neftçi” klubu qrupda sonuncu oyununu keçirib.

AzerTimes xəbər verir ki, təmsilçimiz Litva millisinə 20:14 hesabı ilə qalib gələrək, qrup lideri kimi yarımfinala vəsiqə qazanıb.

“Neftçi”nin yarımfinal qarşılaşması iyulun 3-də Bakı vaxtı ilə saat 23:15-də baş tutacaq.

Teqlər: