“Neftçi” bu futbolçu ilə yolları ayırdı

“Neftçi” bu futbolçu ilə yolları ayırdı

Bakının “Neftçi” klubu futbolçusu Gilyerme Pato ilə vidalaşıb.

AzerTimes klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumameylli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2022-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuş 23 yaşlı vinger bu müddət ərzində 32 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb. Onun ölkəsinin “Figeyrense” klubuna keçəcəyi gözlənilir.

Teqlər: