Neftçalada pambıq tayası aşdı, xəsarət alan var

Neftçalada pambıq tayası aşdı, xəsarət alan var

Neftçalada pambıq tayasının aşması nəticəsində bir nəfər xəsarət alıb.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, rayonun Kürqarabucaq kənd sakini, 1966-cı il təvəllüdlü Səriyyə Məlik qızı Ağayeva müəssisədə işləyərkən pambıq tayası üstünə aşıb.

Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan qadın Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra, o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: