Neftçala rayonunun Aşağı Surra, Balaca Surra, Pirəbbə, Cəngən
kəndləri ərazisində Kür çayının səviyyəsinin enməsi nəticəsində
çayın en kəsiyində küp qəbirlər aşkarlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AzerTimes-a verilən
məlumata görə yeni aşkarlanan abidələrdə tədqiqat işləri aparmaq
üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya
İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun əməkdaşları
rayona ezam olunub.
Hazırda araşdırmalar davam etdirilir.