Neftçalada birmərtəbəli evdə yanğın olub

Neftçala rayonunun Ballıcalı kəndində ümumi sahəsi 135 m² olan kürsülü birmərtəbəli evin qamışdan ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 22 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: