Neftçalada avtomobil təmiri sexi yanıb

Neftçala şəhərində ümumi sahəsi 108 m² olan avtomobil təmiri sexinin tavanı və içərisində təmirə dayanan “Niva” markalı minik avtomobilinin salon hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yüksək temperaturdan sexin şiferdən ibarət dam örtüyü 7 m² sahədə dağılıb.


Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Teqlər: