Neft bazarındakı vəziyyət koronavirusun yeni ştammlarının təsiri altındadır – OPEC-in baş katibi

Xəbər - Orxan Nəbiyev – Trend:

Neft bazarındakı vəziyyət koronavirusun yeni ştammlarının təsiri altındadır.

Trend-in məlumatına görə, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo “Rusiya Enerji Həftəsi” beynəlxalq forumu çərçivəsində deyib.

O, dövlətləri virusa qarşı vaksinasiyanın sürətini artırmağa çağırıb:

“Biz neft bazarının təkamülünə təsir göstərən xarici amilləri qeyd etməliyik. Bu, dövlətlərin koronavirusun yeni ştammlarına reaksiyası ilə əlaqədardır. Hazırda neft bazarının disbalansı dövlətlər və BMT kimi beynəlxalq təşkilatlar tərəfindən vaksinasiyanın sürətinin artırılmasını tələb edir”.

Teqlər: