Nəcməddin Sadıkov yol qəzası zamanı dəymiş ziyanı ödəyib – DYP

Xəbər - Samir Əli – Trend:

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi
Müdafiə nazirinin sabiq birinci müavini, Silahlı Qüvvələrin sabiq
Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun törətdiyi
yol qəzası barədə məlumat yayıb.

İdarənin baş inspektoru Araz Əsgərli AzerTimes-a açıqlamasında bildirib ki, “Toyota Land
Cruiser“ markalı, 90-AS-020 seriyalı avtomobili idarə edən vətəndaş
Sadıkov Nəcməddin Hüseyn oğlu tərəfindən törədilən yol-nəqliyyat
hadisəsinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci
maddəsinə əsasən protokol tərtib olunub.

Hadisə sənədləşdirilib, qarşı tərəfə dəyən ziyan ödənilib.

Teqlər: