Mən Gürcüstanın tərəfindəyəm. Mən ölkəmin maraqlarının müdafiəçisiyəm və nə qədər ki, sağam, belə də olacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazir İrakli Qaribaşvili jurnalistin Rusiya ilə Ukrayna arasında kimin tərəfində olması ilə bağlı sualına cavabında deyib.
“Mən Gürcüstanın tərəfindəyəm. Mən ölkəmin mənafeyinin müdafiəçisiyəm və sağ olduğum müddətdə də belə olacağam. Bu, bütün vətəndaşlarımızın borcudur. Bu, bütün vətəndaşlarımızın arzusu olmalıdır. Biz ölkəni, Gürcüstanı düşünməliyik. Mən ədalətin tərəfindəyəm. Biz Ukraynanın müstəqilliyini, azadlığını, ərazi bütövlüyünü dəstəkləyirik və təbii ki, bu müharibənin tezliklə bitməsini istəyirik”, – Qaribaşvili qeyd edib.