Dövlət çevrilişi planlaşdıran alman zabit saxlanıldı

Dövlət çevrilişi planlaşdıran alman zabit saxlanıldı

İtaliya polisi Almaniyada dövlət çevrilişi planlaşdıran terror təşkilatı ilə əlaqəsi olan alman ordusunun keçmiş zabitini saxlayıb.

AzerTimes xəbər verir ki, İtaliya polisi istintaq prosesi çərçivəsində Perugia şəhərində keçirilən əməliyyatda 1958-ci il təvəllüdlü Almaniya vətəndaşının saxlandığını bildirib. Xidməti vəzifəsini yerinə yetirərkən alman ordusunun xüsusi təyinatlı bölmələrinin üzvü olan həmin şəxs Almaniyada dövlət çevrilişi planlaşdıran terror təşkilatının üzvü olmaqda ittiham edilir. Keçmiş zabitin İtaliyadan Almaniyaya ekstradisiyası ilə bağlı proses başlayıb.

İtaliyada keçirilən əməliyyat Almaniya hüquq-mühafizə orqanlarının “Reichsbürger” adlı terror şəbəkəsinin məhvinə yönəlmiş əməliyyatın davamıdır.

Qeyd edək ki, dekabrın 7-də Almaniyanın hüquq-mühafizə orqanları dövlət çevrilişi hazırlamaq şübhəsi ilə 25 nəfəri nəzarət altına alıb.

Teqlər: