Dünən FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın təhlükəsizliyi qaydasını pozduğu üçün fəaliyyətini dayandırdığı mağaza ilə bağlı maraqlı məlumatlar var.
AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, Bakının mərkəzində yerləşən bahalı “Aventus” kişi geyimləri mağazası Hacı Rafiq kimi tanınan iş adamına məxsusdur.
Hacı Rafiq müğənni Şəbnəm Tovuzlunun uşağının atası kimi daha çox tanınıb.
Onu da qeyd edək ki, Hacı Rafiqin bir neçə belə bahalı geyim mağazaları və obyektləri var. Həmin obyektlərdə də yoxlama keçirilib-keçirilmədiyi barədə məlumat yoxdur.