Dünya çempionatının ən yaxşı 10 oyunçusu – Siyahı

Dünya çempionatının ən yaxşı 10 oyunçusu – Siyahı

Məşhur “Goal” nəşri yekunlaşmaqda olan dünya çempionatının ən yaxşı 10 oyunçusunun adını açıqlayıb.

AzerTimes xəbər verir ki, nəşr Argentina yığmasının hücumçusu Lionel Messini dünya çempionatının ən yaxşı hesab edir, ikinci və üçüncü pillələrdə Fransa yığmasının hücumçuları Kilian Mbappe və Antuan Qrizmann qərarlaşıb.

Sonuncu yerləri Mərakeş millisinin futbolçuları – Sofyan Amrabat və Əşrəf Həkimi tutur.

Siyahıda növbəti “beşliy”ə daxil olan futbolçular:

Nikolas Otamendi (Argentina), Xulian Alvares (Argentina), Olivye Jiru (Fransa), Bruno Fernandes (Portuqaliya), Rişarlison (Braziliya).

Qeyd edək ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalçıları Argentina və Fransa millisidir. Qızıl medallar uğrunda keçiləcək görüş dekabrın 18-i, Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.

Teqlər: