![Nazirlikdən tozlu hava ilə bağlı daha bir açıqlama Nazirlikdən tozlu hava ilə bağlı daha bir açıqlama](https://azertimes.az/wp-content/uploads/nazirlikden-tozlu-hava-ile-bagli-daha-bir-aciqlama-300x225.jpg)
![](https://azertimes.az/wp-content/uploads/nazirlikden-tozlu-hava-ile-bagli-daha-bir-aciqlama.jpg)
Avtomatik meteoroloji stansiyalardan əldə olunan məlumatlara görə, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur.
AzerTimes xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir”, – Abbasova vurğulayıb.
Xatırladaq ki, dünən saat 22:00 radələrində havada tozun miqdarının normadan 3-3.5 dəfə yüksək olduğu qeydə alınmışdı.