Nazirlikdən Prezidentin tapşırığı ilə bağlı açıqlama

Nazirlikdən Prezidentin tapşırığı ilə bağlı açıqlama

Prezident İlham Əliyevin Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında medal qazanmış Türkiyə ağırlıqqaldıranları Cansu Bektaş və Qamze Altunun Azərbaycana dəvət olunması ilə bağlı tapşırığının icrasına dərhal başlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, xanım atletlərə dəvət göndərilib və hazırda onların Azərbaycana səfərləri ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, Cansu Bektaş İrəvanda qızıl medal qazanaraq Türkiyə himnini səsləndirib. Qamze Altun isə ikinci yeri tutub. Hər iki atlet qələbələrini Azərbaycana həsr ediblər.

Xatırladaq ki, yarışın açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Bu hadisədən sonra milli komanda yarışdan imtina edərək Bakıya qayıtmağı qərara alıb.

Teqlər: