Nazirlik Yıldırım və Ayrımın səhhəti ilə bağlı məlumat yaydı

Nazirlik Yıldırım və Ayrımın səhhəti ilə bağlı məlumat yaydı

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər və mütamadi həkim nəzarəti altındadırlar. Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə vəziyyətləri qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə yazılacağı gözlənilir.

Teqlər: