Nazirlik “McDonald’s Azerbaijan”ı məhkəməyə verib

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə
Dövlət Xidməti “McDonald’s Azerbaijan” Qapalı Səhmdar Cəmiyyətini
və bir neçə şirkəti məhkəməyə verib.

Bu barədə xəbəri Trend-ə İqtisadiyyat Nazirliyindən təsdiqləyiblər.

Nazirlikdən bildiriblər ki, məhkəmə iddiası İqtisadiyyat
Nazirliyinin tərkibində olan Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən qaldırılıb.

“McDonald’s Azerbaijan” və bir neçə digər şirkət icarə
ödənişlərini etmədiklərinə görə məhkəməyə verilib.

Buraya icarə müqaviləsi üzrə mübahisələr də daxildir”.

Teqlər: