İqtisadiyyat Nazirliyi ixracatçılara müraciət edib.
AzerTimes-ın Nazirliyin saytına istinadən verdiyi xəbər görə,
müraciətdə deyilir:
“İqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi
proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının
qiymətlərində davamlı artım, habelə qonşu ölkələrin bazarlarında
həmin malların logistika-təchizat zəncirində yaranmış problemlərlə
əlaqədar Nazirlər Kabinetinin Qərarı ilə bəzi məhsulların ixrac
olunması üçün İqtisadiyyat Nazirliyi tərəfindən rəy verilməsi
müəyyən edilmişdir.
Bununla əlaqədar olaraq bildiririk ki, həmin malların ixracı ilə
məşğul olan sahibkarlar İqtisadiyyat Nazirliyinə poçt vasitəsilə və
ya elektron üsulla
(https://e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx)
müraciət edə bilərlər. Daxil olmuş müraciətlərə İqtisadiyyat
Nazirliyi tərəfindən 5 iş günü müddətində baxılaraq müvafiq cavab
veriləcəkdir.
Prosesin fasiləsizliyinin təmin edilməsi üçün İqtisadiyyat
Nazirliyinin müvafiq strukturları bayram günlərində də adi iş
rejimində fəaliyyət göstərir.
Əlavə suallarla 195-2 Çağrı Mərkəzinə müraciət edilə bilər”.