Xəbər - Çingiz Səfərli – Trend:
E-hökumət portalında bəzi vətəndaşların diplom məlumatları çıxmır.
AzerTimes-ın məlumatına görə, bunu “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı Vüsal Xanlarov deyib.
O bildirib ki, buna səbəb baza məlumatlarının müəyyən illərlə məhdudlaşmasıdır:
“Təəssüf ki, bazadakı məlumatlar bütün illəri əhatə etmir. 30-40 il əvvəli nəzərə alsaq, böyük bazadır. Təkmilləşmə ilə bağlı işlər görülür, lakin vaxt aparır. Bununla bağlı müraciət olanda, yekun bazadan istifadə etməklə vətəndaşlara köməklik göstərilir”.
Twitter: @cingizsafarli