Fransada məktəbliləri aparan avtobus qəzaya uğrayıb – Onlarla xəsarət alan var

Xəbər - Orxan Nəbiyev – Trend:

Fransanın qərbindəki Şanje qəsəbəsində məktəbliləri aparan avtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 28 şagird xəsarət alıb.

Onlardan ikisinin xəsarətlərinin ciddi olduğu deyilir.

Qeyd olunur ki, avtobusda sürücü ilə yanaşı 48 uşaq olub. Qəza ilə bağlı araşdırma aparılır.