Nazirlər Kabinetinin müvafiq qərarlarında şərti maliyyə vahidi ifadəsi rəqəmlərlə əvəzlənib

Nazirlər Kabinetinin müvafiq qərarlarında şərti maliyyə vahidi ifadəsi rəqəmlərlə əvəz edilib.

AzerTimes-ın məlumatına görə, Nazirlər Kabinetinin 128 №-li Qərarına dair izada bildirilir ki, “Şərti maliyyə vahidi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 22 dekabr tarixli 229-VIQ nömrəli Qanunu qüvvəyə minib. Sözügedən Qanunla 2020-ci il 22 dekabr tarixindən Azərbaycan Respublikasında “şərti maliyyə vahidi” ləğv edilib.

Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarında “şərti maliyyə vahidi” ifadəsi (norması) konkret rəqəmlərlə əvəz edilib.

Teqlər: