Nazirdən tədris günləri ilə bağlı açıqlama

Nazirdən tədris günləri ilə bağlı açıqlama

Tədris günlərinin sayı ilə akademik nəticələr arasında çox sıx əlaqə var.

AzerTimes xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Azərbaycanda tədris günlərinin sayı elə də çox deyil:

“Tədris müddətimiz uzun deyil. Bu uzun müddətli islahat istiqaməti ola bilər. Cəmiyyətdə belə müzakirələr çoxdur. Biz təhsili məişət səviyyəsində saxlayıb, o səviyyədə də müzakirə aparsaq, elə bu səviyyədə də qalacaq.

Anlamalıyıq ki, tədris müddəti ilə akademik nəticə arasında əlaqə var. Bu istiqamətdə müzakirələrə başlamalıyıq. Ən ağrılı yerimiz ictimai müzakirənin keyfiyyətidir. İlk növbədə problemi qəbul etməliyik. Məsələn, bizdə tədris müddəti qısadır və bu problemdir”.

Teqlər: