Nazirdən Saakaşviliyə təklif: Xarici klinikadan…

Nazirdən Saakaşviliyə təklif: Xarici klinikadan…

Dövlət sabiq prezident Mixail Saakaşviliyə istənilən xarici klinikadan istənilən həkimi gətirməyi və onu müalicə prosesinə cəlb etməyi təklif edir.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.

Jurnalistlərin suallarını cavablandıran nazir vurğulayıb ki, dövlət hər bir vətəndaşın sağlamlığının qorunması üçün lazımi addımlar atır:

“Hər bir insanın həyatına və sağlamlığına böyük məsuliyyətlə yanaşırıq. Əgər səhhətinə görə eyni vaxtda məhkum olunmuş xəstənin xaricə aparılmasından söhbət gedirsə, Gürcüstan qanunvericiliyinə görə bu, mümkün deyil və ona görə də biz təklif edirik ki, dövlət Mixail Saakaşviliyə istənilən xarici klinikadan istənilən həkimi gətirməyi və onu müalicə prosesinə cəlb etməyə hazırdır”.

Teqlər: