İngiltərə darmadağınla Seneqala rəqib oldu

İngiltərə darmadağınla Seneqala rəqib oldu

Dünya çempionatında İngiltərə millisi 1/8 finala adlayıb.

AzerTimes xəbər verir ki, ingilislər buna B qrupunun III turunda Uelslə oyunda 3:0 hesablı qələbə qazanaraq nail olublar.

Bununla xallarının sayını 7-ə yüksəldən İngiltərə komandası qrup lideri kimi növbəti mərhələyə çıxıb.

Növbəti mərhələdə İngiltərənin rəqibi A qrupunda ikinci yeri tutmuş Seneqal yığması olacaq.

Teqlər: