Nazirdən əhaliyə çağırış: Mən də duş qəbulunu azaltmışam

Nazirdən əhaliyə çağırış: Mən də duş qəbulunu azaltmışam

Mən özüm duş qəbul etmək vaxtını xeyli azaltmışam.

AzerTimes xəbər verir ki, bunu Almaniyanın iqtisadiyyat naziri Robert Habek Avropada artan enerji qiymətləri fonunda həmvətənlərinə çağırışında bildirib.

Nazir həmvətənlərini ondan nümunə götürməyə çağırıb. Habekin rəhbərlik etdiyi qurum vətəndaşları duş qəbul etmə müddətini azaltmağa, habelə soyuducda temperaturu bir dərəcə artırmağa və evləri daha yaxşı isitməyə çağıran kampaniyaya başlayıb.

Qeyd edək ki, enerji resurslarının qiymətinin kəskin artması Avropada inflyasiyanın sürətlənməsinə gətirib çıxarıb.

Teqlər: