Nazir yeni qanundan danışdı: Hədəf bu deyil…

Nazir yeni qanundan danışdı: Hədəf bu deyil…

“Elektroenergetika haqqında” yeni qanun layihəsi ilə bağlı millət vəkillərini ən çox narahat edən məsələ tariflərdir. Amma mən təkrar bildirirəm ki, qanun tariflərin artırılmasını hədəfləmir.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası zamanı “Elektroenergetika haqqında” qanun layihəsinin üçüncü oxunuşu zamanı energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, dövlət özü qərar verəcək ki, tarif necə olmalıdır.

Nazir deyib ki, qanunla bağlı nəticələr 5 il sonra özünü göstərəcək:

“Hesablayırıq ki, 5 ildən sonra bazar əlamətləri özünü büruzə verəcək. O şəraitdə investisiya tapa bilsələr, gələcəklər. Bu imkan onlar üçün olacaq. İnkişaf etməkdən ötrü biz gərək qanunvericiliyi təkmilləşdirək”.

Teqlər: