Xəbər - Çingiz Səfərli – Trend:
Bəzi müəllimlərimiz var ki, vaksin vurdurmaqdan imtina edirlər.
AzerTimes xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bütün təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli, yaxud əks-göstəriş arayışı təqdim etməlidirlər. Bəzi müəllimlərimiz var ki, vaksin vurdurmaqdan imtina edirlər: “Amma bu, kollektiv üçün faydalıdır. Biz əks-göstərişi olanları vaksinə məcbur etmirik. Sadəcə olaraq 80 faizə qədər işçi vaksin vurdurubsa, bu, istəyə bağlı yox peşəkarlığa bağlı olmalıdır”.
Qeyd edək ki, yeni qərara əsasən 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.
Twitter:@cingizsafarli