Nazir Toğrul Nəsirlini yüksək vəzifəyə təyin etdi

Nazir Toğrul Nəsirlini yüksək vəzifəyə təyin etdi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli yeni vəzifəyə təyin edilib.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, T.Nəsirli BDYPİ-nin İctimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru təyin olunub.

Bundan başqa, nazirin digər əmri ilə ona polis kapitanı rütbəsi verilib.

BDYPİ-dən fakt təsdiqlənib.

Teqlər: