Nazir təhsil sahəsinə ayrılan vəsait barədə danışdı

Xəbər - Çingiz Səfərli -Trend:

2022-ci ildə təhsil sahəsinə ayrılan vəsaitlərin həcmi açıqlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov məlumat verib.

O bildirib ki, Təhsil Nazirliyi üzrə mərkəzləşdirilmiş alış və xidmətlər, əsaslı və cari təmir və digər tədbirlər üçün 537,5 milyon manat vəsait ayrılıb.

“Bundan başqa, dövlət sifarişi üzrə ali təhsilin maliyyələşməsi üçün 397 milyon manat, mədəniyyət sahəsinə aid olan təhsil xərcləri, yəni musiqi məktəblərinin maliyyələşməsi üçün 175,3 milyon manat, hüquq mühafizə orqanları üzrə təhsil müəssisələrinin saxlanılması üçün 33 milyon manat, təhsil üzrə büdcədənkənar xərclər üçün 25 milyon manat, təhsil sahəsində publik hüquqi şəxslərin fəaliyyəti (İlahiyyat İnstitutu) üçün 4 milyon və digər tədbirlər üçün 23 milyon manat ayrılıb” – deyə, nazir qeyd edib.

Teqlər: