İşğaldan azad edilən ərazilərdə yeni sənaye iqtisadi zonaları yaradılacaq – Sevinc Həsənova

Xəbər - Humay Ağacanova – AzerTimes:

İşğaldan azad edilən ərazilərdə yeni sənaye iqtisadi zonaları yaradılacaq.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqları ilə artıq yeni sənaye iqtisadi zonaları yaradılır. O cümlədən, bu, işğaldan azad edilən ərazilərimizə də şamil olunur.


“Bu sənaye zonalarının səmərəli işləməsi Azərbaycanın sənaye sahəsinə və qeyri-neft sektoru ixracına öz töhfəsini verir” – deyə, nazir müavini bildirib.

Teqlər: