Almaniya yaxın günlərdə Ukraynaya IRIS-T SLM hava hücumundan müdafiə sistemlərini təhvil verəcək.
AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristina Lambrext Odessada ukraynalı həmkarı Aleksey Reznikovla görüşündə bildirib.
Qeyd olunub ki, IRIS-T SLM hava hücumundan müdafiə sistemləri qısa mənzilli hava-hava tipli raketləri ilə təhciz edilir.