Ukraynadan Afrikaya neçə gəmi göndərilib?

Ukraynadan Afrikaya neçə gəmi göndərilib?

Taxıl dəhlizi əməliyyatının həyata keçirildiyi iki ay ərzində Afrika ölkələrinə içində Ukrayna qidası olan 33 gəmi göndərilib.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov bildirib.

“İki ayda Afrika ölkələrinə kənd təsərrüfatı məhsulları ilə dolu 33 gəmi ixrac edilib. Bunlar Misir, Tunis, Əlcəzair, Somali, Sudan, Efiopiya, Keniya kimi ölkələrdir”, – deyə o bildirib.

Teqlər: