Nazir sabiq başçının oğlunu Şərqi Zəngəzura göndərdi

Nazir sabiq başçının oğlunu Şərqi Zəngəzura göndərdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədova yeni vəzifə verib.

AzerTimes Qaynarinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Abşeron-Xızı Regional Məşğulluq filialının müdiri Sənan Raqub oğlu Məmmədzadə vəzifəsindən azad olunub və Şərqi Zəngəzur Regional Məşğulluq filialının müdiri təyin edilib.

Digər əmrlə Şərqi Zəngəzur Regional Məşğulluq filialının müdiri Əbdül Yaşar oğlu Bayramov vəzifəsindən azad edilib və Abşeron-Xızı Regional Məşğulluq filialının müdiri təyin olunub.

Teqlər: